AZ

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Mahir Quliyevin cəzası 8 il 3 aya endirilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Eks-icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub./

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
49
tribunainfo.az

10Mənbələr