AZ

"Xeyir xəbər" tamaşasının premyerası keçirilib

Sumqayıt Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının premyerası olub.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Fuad Cavadzadə, rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

44 günlük Vətən müharibəsinə həsr olunmuş səhnə əsəri müharibənin psixoloji tərəflərini göstərir. Tamaşa bir ailənin timsalında qələbəyə gələn yolun əziyyətləri, sarsıntıları təsvir olunub.

“Xeyir xəbər”də rolları Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Aynur Hümbətova, Elay Xasıyev, Siyavuş Mahmudov, Məryəm Hüseynli və Akif Mirzəyev canlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
kulis.az

5Mənbələr