AZ

Vaxtilə Zəngəzur dəhlizinin açılmasına mane olanlar ölkəmizə gələrək bizə dəstək göstərirlər-Komitə sədri

"Vaxtı ilə Zəngəzur dəhlizinin açılmasına, sülhə mane olanlar Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ilə bağlı apardığı siyasətin nəticəsində ölkəmizə gələrək bizə dəstək olurlar". Olaylar xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası üzrə iyunun 28-də keçirilən sonuncu plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistana silah ötürən və pul yardımı edənlər bu gün Azərbaycanın hüquqlarının konqresdə müdafiə olunmasını tələb edirlər: "Bax budur aparılan sabit, qətiyyətli və dözümlü siyasətin nəticəsi. Budur tərpənən layların yerinə qoyulması. Azərbaycanın müxtəlif ölkələrlə imzaladığı müqavilələr bir daha onu göstərir ki, hələ bunlar düşünənə qədər Azərbaycan Prezidenti artıq bu işləri çoxdan düşünüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
olaylar.az

6Mənbələr