AZ

Yetkinlik yaşına çatmayan şəxslərin dini kəbinini kəsənlər cəzalandırılacaq

Bakı. Trend:

Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyəgörə cəzalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinətəklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsbarəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manatməbləğində cərimə edilir.

Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanıninzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh verməhaqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrartörədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cəriməedilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətinəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbstətbiq olunur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Seçilən
97
2
az.trend.az

10Mənbələr