AZ

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilir

Bakı. Trend:

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənedilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinədəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisitərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxilolduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsiləparklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsininparklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödənişedilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavəödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmimanat məbləğində cərimə edilir.

Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri iləmüəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulmasınəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerindəqanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyatvasitələrinin hərəkətinə maneə yaratdıqda iyirmi manat məbləğindəcərimə edilir.

Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdətutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrininparklanmasına görə altmış manat məbləğində cərimə edilir.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondançox olan yük avtomobillərinin parklanmasına, habelə parklanmayerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyatvasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görəiyirmi manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerindəsaxlanılmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərindəenerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyatvasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrininparklanmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçünayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə on manatməbləğində cərimə edilir.

Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının)istifadəsində olan və dövlət orqanlarının (qurumlarının)əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digərnəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasınagörə qırx manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 346-1.1-ci maddəsində nəzərdə tutulmuşnəqliyyat vasitəsinin istifadəçisi tərəfindən ödəniş edilmişmüddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödənişedilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyətnəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdənsonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
30
az.trend.az

10Mənbələr