AZ

Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi ilə bağlı yeni mexanizm yaradılır

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəninsəmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədlitəyinatının dəyişdirilməsinin çevik mexanizmi yaradılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən Torpaq Məcəlləsindədəyişiklikdə əksini tapıb.

Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrininmülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri vəicarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisnaedilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalıməqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatınıdəyişdirmək imkanı əldə edəcəklər.
Həmçinin, onların müraciəti əsasında bu barədə məlumatlarındaşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təminediləcəkdir.

Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində(kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatınındəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində)olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsininsəmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizminyaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatınaparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olantorpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsiyüksəldiləcəkdir.

Qeyd etmək lazımdır ki, hazırda kənd təsərrüfatı yerlərindənbirindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabeolduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqiçətinllik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləriüçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüstməlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədəməlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsişərtini müəyyən edir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
az.trend.az

10Mənbələr