AZ

ABŞ nüvə eskalasiyasına görə İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı sanksiya tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.

Bayden prezidentlik yarışından imtina edə bilər: Onun yerinə namizəd müəyyənləşib- ÖZƏL

Məlumata görə, ABŞ bu gün İran neftinin və ya neft-kimya məhsullarının daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin üç gəmi şirkətinə, eləcə də onlarla əlaqəli 11 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Antoni Blinken sanksiyaların İranın "davam edən nüvə eskalasiyasına" cavab olaraq hazırlandığını bildirib.

"İranın davam edən nüvə eskalasiyasına və AEBA ilə əməkdaşlıq etməməsinə cavab olaraq biz İranın neft və neft-kimya ticarəti ilə məşğul olan qurumlara sanksiyalar tətbiq edirik. Biz İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə sadiqik", - Bilinken qeyd edib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
8
olaylar.az

9Mənbələr