AZ

Bəzi qruplar parlamentin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verir - Ceyhun Məmmədov

Yazını böyüt
Yazını kiçilt

“Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri Milli Məclisə bu il keçiriləcək seçkilərlə bağlıdır. Bəzi qrupların Parlamentin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verməsi özünü açıq göstərir.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov bildirib.

Deputat Konstitusiya Məhkəməsinin Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxaraq Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin təyin edilməsini qanunauyğun hesab etdiyini qeyd edib.
O cümlədən Parlamentin fəaliyyətini təhlil edərkən bir neçə vacib məqama diqqət çəkib.

“Fəaliyyəti müddətində parlament bir neçə parlament ittifaqına rəhbərlik etdi. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında və fəaliyyətinin qurulmasında Azərbaycan Parlamenti üzərinə düşən işi ləyaqətlə yerinə yetirdi.
Ötən dövrdə Parlament həm xaricdə həm də ölkə daxilində onlarla tədbirdə fəal şəkildə iştirak edib.

Sahibə xanım Siz və Milli Məclis Aparatının əməkdaşları demək olar ki, fəaliyyət dövrünün böyük hissəsini təyyarədə və yolda keçirdiniz.

Bir sözlə Prezident İlham Əliyevi rəhbərliyi ilə ötən dövrdə Parlament diplomatiyası üzərinə düşən missiyanı böyük məsuliyyət və ləyaqətlə yerinə yetirdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
hafta.az

7Mənbələr