AZ

SOCAR hökumətə köçürülən vəsaitin həcmini artırıb

Azərbaycan hökumətinin qərarları əsasında 2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tikinti və təmir işlərinin maliyyələşdirilməsinə 770 milyon manat vəsait ayırıb.

Bu barədə SOCAR-ın 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, hökumət qərarlarına uyğun olaraq, SOCAR vaxtaşırı olaraq hökumət üçün birbaşa pul investisiyaları həyata keçirməli və yaxud tikinti və istismar işlərini (aktivlərin yerdəyişməsi daxil olmaqla) maliyyələşdirməlidir:

“2022-ci ildəki 527 milyon manatla müqayisədə 2023-cü ildə birbaşa hökumətə köçürülən vəsaitin həcmi 770 milyon manat təşkil edib”.

 

Belə ki, 2023-cü ildə SOCAR-ın bu investisiyaların həcmi 46,1 % artıb: “Ötən il bu vəsaitlər əsasən Azərbaycanda istirahət obyektlərinin, nəqliyyat, təhsil və tibb infrastrukturunun təmiri, inşası və yenidən qurulması üçün nəzərdə tutulub”.

© Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
6
marja.az

7Mənbələr