AZ

Cənubi Koreyadan Rusiya və Şimali Koreyaya sanksiyalar!

Cənubi Koreya Rusiya və Şimali Koreya qurumlarına BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduqları üçün sanksiyalar tətbiq etmək qərarına gəlib. 

Ednews yonhapa-a istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarını pozduqları səbəbiylə 8 Şimali Koreyalı şəxs, 5 qurum və 4 Rusiya gəmisinə sanksiya tətbiq edilməsinə qərar verdiyini açıqlayıb.

Cənubi Koreya Xarici İşlər Nazirliyi 4 Rusiya gəmisi, 8 Şimali Koreya vətəndaşı və 5 quruma qeyri-qanuni silah, yanacaq ticarəti və digər fəaliyyətlərlə məşğul olduqları üçün sanksiya tətbiq edilməsinə qərar verdiyini açıqlayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq .

Sanksiyaya məruz qalan qurumlar arasında dünənki raket buraxılışına cavabdeh olan Şimali Koreyanın Raket İdarəsi də var. Digər qurumlara Moskva ilə Pxenyan arasında silah ticarətinə cavabdeh olan Rusiyada yerləşən “M-Leasing LLC” və Rusiya neftini Şimali Koreyaya satan Gürcüstanda yerləşən “Euromarket” daxildir.

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
ednews.net

3Mənbələr