AZ

İranda növbədənkənar prezident seçkisi keçirilir

İranda növbədənkənar prezident seçkisi keçirilir. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır.

NOCOMMENT.az xəbər verir ki, ölkədə 60 minə yaxın seçki məntəqəsi və 90 min səsvermə məntəqəsi fəaliyyət göstərir. Azı 344 dairə ölkədən kənarda olan vətəndaşlar üçün açıq olacaq.

İran Konstitusiyasının Keşikçilər Şurası əvvəlcə altı siyasətçinin ərizəsini təsdiqləsə də, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra Tehran meri Əlirza Zəkani də iyunun 27-də analoji qərar verib.

O, mühafizəkarlar qanadından iki əsas namizədi – parlamentin spikeri Məhəmməd Bağır Qalibafı və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilini dəstəkləyib. Onlardan başqa, yarışda mühafizəkar keçmiş Daxili İşlər və Ədliyyə Nazirliklərinin rəhbəri Mostafa Purməhəmmadi və islahatçı düşərgədən yeganə namizəd – keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.

Ölkənin bir sıra beyin mərkəzlərinin bütün seçki kampaniyası boyu keçirdiyi rəy sorğularının son nəticələrinə görə, hazırda Pezeşkian liderdir. Sonra cüzi fərqlə Cəlili və Qalibaf müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
28
nocomment.az

10Mənbələr