Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, alternativ enerji ilə əlaqəli ixtisaslar son illərdə bütün dünyada populyarlıq qazanır:
“Çünki hər il dünyada istifadə olunan enerjinin 20 faizi alternativ və bərpa olunan enerjinin payına düşür. Ona görə də beynəlxalq hesabatlarda göstərilir ki, ən çox tələbat duyulan ixtisas sahibləri arasında yaşıl enerji mütəxəssisləri, alternativ enerji ilə bağlı mühəndis və texniki heyətə ciddi ehtiyac var. Azərbaycanda da işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji ilə bağlı tərəfdaşlarla böyük layihələrin icrası nəzərdə tutulur. Hətta bu enerjinin daha sonra Avropaya ixracı düşünülür. Buna görə də həm həm ali, həm də peşə ixtisaslı şəxslərə ehtiyac var. COP-un Azərbaycanda keçirilməsi bu istiqamətə marağı artıracaq. Düşünürəm ki, COP29 müəyyən mənada bu məsələdə dəstəkçi olacaq. Azərbaycan alternativ enerji resursları ilə zəngin ölkələrdən biridir. Neft-qaz ölkəsi olsaq da külək, günəş enerjisində kifayət qədər potensial var. Bu sahədə kadrlara gələcəkdə ciddi ehtiyac yaranacaq”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.