AZ

Cənubi Koreya Rusiya Federasiyası və Belarusiyaya ixracı qadağan edilən malların siyahısını genişləndirib

Cənubi Koreyanın Sənaye Nazirliyi Rusiya və Belarusa ixracı qadağan edilən məhsulların siyahısına daha 243 ədəd əlavə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yonhap yazıb.

Bu qərar həmin malların hərbi məqsədlər üçün istifadə olunma ehtimalına görə verilib. Siyahıya metal kəsmə avadanlığı, optik cihazların hissələri, sensorlar və s. daxildir.

Seulun məlumatına görə, əvvəlki gün Koreya Respublikası Şimali Koreya ilə Rusiya Federasiyası arasında neft məhsulları və silah daşıdığı iddia edilən Rusiyadan gələn şirkətlərə və gəmilərə məhdudiyyətlər qoyub.

Bildirilir ki, Qərbin dəfələrlə ittiham olunmasına baxmayaraq, nə Rusiya, nə də Şimali Koreya tərəfi Şimali Koreyanın Rusiyaya sursat verməsi faktını rəsmən təsdiqləməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
operativmm.az

4Mənbələr