AZ

Antonio Kosta Avropa Şurasının yeni prezidenti oldu

Aİ liderləri Antonio Kostanı Aİ Şurasının yeni sədri seçib, Aİ Komissiyasının sədri fon der Leyenin vəzifəsini saxlamasını tövsiyə edib və Aİ-nin ali nümayəndəsi vəzifəsinə Kaja Kallası təklif ediblər.

Ednews sozcu.com-a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri daxili və xarici siyasi prioritetləri müəyyən etmək üçün Birliyin növbəti 5 illik idarəçiliyində iştirak edəcək rəhbər şəxslərlə bir araya gəlib. 

Avropa İttifaqına üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə başlayan Aİ Liderlər Zirvəsi iki günlük işdən sonra başa çatıb. 

Avropa İttifaqı Şurasına sədrlik üçün adı çəkilən Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta şuranın yeni prezidenti seçilib.

 

Xəyal 

Seçilən
23
2
ednews.net

4Mənbələr