AZ

Xocalıya daha 50 ailə köçürüləcək – RƏSMİ  

“Artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib”. 

Bizim.Media xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib. 

Onun sözlərinə görə, yaxın müddətdə daha 50 ailənin köçü həyata keçiriləcək: 

“Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub”. 

Bizim.Media

Seçilən
58
6
bizim.media

10Mənbələr