AZ

Avropa İttifaqının yeni rəhbərləri ilə bağlı razılaşma əldə olunub

Bakı. Trend:

Belçikanın paytaxtı Avropa İttifaqının (Aİ) ikigünlük sammitinəev sahibliyi edir.

Trend xarici mediaya istinadən xəbər verir ki, sammitdə aparılandanışıqlar nəticəsində Aİ-nin 27 dövlətinin liderləri qeyri-rəsmiolaraq Avropa Komissiyasının, Avropa Şurasının və Aİ-nin xariciişlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin təyinolunması ilə bağlı razılıq əldə ediblər.

Beləliklə, Ursula fon der Lyayen (Almaniya) ikinci dəfə AvropaKomissiyasının Prezidenti, Antonio Kosta (Portuqaliya) AvropaŞurasının yeni rəhbəri, Kaya Kallas (Estoniya) isə Aİ-nin xariciişlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi.

Sammitin ilk günündən sonra keçirilən mətbuat konfransındaEstoniyanın hazırkı Baş naziri Kaya Kallas deyib:

“Biz əla komanda yaradacağıq”.

Lissabon şəhərindən canlı yayımda çıxış edən Portuqaliyanınsabiq Baş naziri Antonio Kosta, digər həmkarları ilə birlikdəkomandanın bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib.

”Paket” adlanan kadr sövdələşməsinin Aİ liderlərinin əksəriyyətitərəfindən təsdiqlənməsinə baxmayaraq, Fon der Lyayen AvropaParlamentinin təsdiqi problemi ilə üzləşir. İkinci dəfə AvropaKomissiyasının rəhbəri olmaq üçün ona AP-nin yeni tərkibində səsçoxluğu (720 deputat) lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3
az.trend.az

4Mənbələr