AZ

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ikitərəfli yoldur - Ceyran Mahmudova "Tofiq Abbasovla dialoq" verilişində - FOTO - VİDEO

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, verilişin qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova olub.

O, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən danışaraq qeyd edib ki, incəsənət xadimlərinin təmasları vasitəsilə sülhün əldə olunması ikitərəfli yoldur.

"Burada təkcə Azərbaycanın və Azərbaycanın mədəniyyət xadimlərinin xoş məramı kifayət etmir. Ermənistanın ziyalıları tərəfindən xoş məram və anlayış mütləqdir. Onların da, eləcə də, bizim xalqımızın nümayəndələrinin də düşüncələri sülh məcrasına yönəlməlidir. Biz qonşuluqda yaşamağa məhkumuq. Ona görə də bir-birimizlə yola getməliyik. Heç olmasa, nəyinsə təsviri deyil, səmimi anlayış olmalıdır", - C.Mahmudova deyib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Seçilən
77
2
day.az

3Mənbələr