AZ

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il iyunun 30-da dövlətqulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçıvəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlətqulluğuna qəbul imtahanı keçiriləcək.

DİM-dən Trend-ə verilən xəbərə görə, imtahan bütün binalardaeyni vaxtda – saat 10:00-da başlanır və 3 saat davam edir. Saat09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməklazımdır. İmtahan binasına mobil telefon və digər rabitəvasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumatdaşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirməkqadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyalarıgətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işininsəmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına maneolur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərDİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çapetməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur.Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr,onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlarçatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi".

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanşəhərlərində 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçünBA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla, ümumilikdə 2557namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumiimtahan rəhbəri, 26 imtahan rəhbəri, 221 nəzarətçi və 36 buraxılışrejimi əməkdaşı ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
38
az.trend.az

10Mənbələr