AZ

“SpaceX”in dəyəri 180 milyard dollardan 210 milyard dollara yüksəlib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı milyarder İlon Maskın kosmik korporasiyası "SpaceX" şirkətdəki payını satmaq üçün investorlarla danışıqlar aparır.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə  istinadən məlumat yayıb.

Məlumata görə, səhmin hər birinin qiyməti 112 dollardır və bütün şirkətin dəyəri 210 milyard dollar təşkil edir.

Beləliklə, 210 milyard dollar dəyərində qiymətləndirilən “SpaceX”, 268 milyard dollar dəyərində qiymətləndirilən Çinin “ByteDance”dən sonra bu göstəriciyə görə ABŞ-nin ən dəyərli özəl şirkəti və dünyada ikinci ən dəyərli özəl şirkət olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
58
2
banco.az

3Mənbələr