Azərbaycanda 2 milyondan çox gənc var ki, onlar əhalinin 20%-dən çox hissəsini təşkil edir. Bunu Azərbaycan Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva deyib.
"Azərbaycanın gəncləri 2 milyondan artıqdır. Demək olar ki, əhalinin 20 %-dən çox hissəsi gənclərdir. Onlar dövlətdə siyasi məqsədlərin həyata keçirilməsində müxtəlif rol oynayır. Könüllülər siyasi məqsədlərin həyata keçirilməsində, ümumrespublika tədbirlərinin hər birində özlərini yaxşı göstəriblər. Könüllüyün inkişafı Azərbaycana məxsusdur və bu unikal təcrübəmizdir" , - , iyunun 28-i Hacıyeva "Qayıdış Könüllüləri" Proqramı Laçın Könülləri mətbuat konfransında çıxışı zamanı qeyd edib.
O bildirib ki, Böyük Qayıdış Proqramı əsasında Könüllülər qrupu formalaşır.
" Hər bir rayona köç başlayarkən bu qruplara və yaradılmasına önəm verilir. Elanlar edilir", - o deyib.
O bildirib ki, Böyük Qayıdış Proqramı əsasında Könüllülər qrupu formalaşır.
" Hər bir rayona köç başlayarkən bu qruplara və yaradılmasına önəm verilir. Elanlar edilir", - o deyib.
Aygün Mirakif
www.anews.az