AZ

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək” - VİDEO

“Biz bu gün uğursuz millətik və bu Baydenə görədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki prezident Co Baydenlə teledebat zamanı deyib. 

O, Baydenin hərbi siyasətini pisləyib və ona görə davam edən müharibələrin heç zaman başa çatmayacağını bildirib. 

“O bizi III Dünya müharibəsinə sürükləyəcək. III Dünya Müharibəsi heç kəsin təsəvvür edə biləməyəcəyi dərəcədə yaxındır. Şimali Koreyanın rəhbəri Kim Çen In, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin onu ciddi qəbul etmir, ondan qorxmurlar”,- deyə Tramp əlavə edib. 
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
bizim.media

5Mənbələr