AZ

Avropanın ən işlək hava limanı İstanbul oldu

Yazını böyüt
Yazını kiçilt

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) Avropanın hava hərəkəti ilə bağlı məlumatları paylaşıb.

Hafta.az-ın yazdığına görə, 17-23 iyun həftəsində İstanbul Hava Limanı sıxlıq baxımından birinci olub. Yəni Avropanın ən işlək hava limanı yenə də İstanbul Hava Limanıdır.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Eurocontrol-un məlumatlarını açıqlayıb. Uroloğlunun açıqlaması belədir: “Ölkəmiz 17-23 iyun tarixləri arasında hava limanlarından gündə orta hesabla 3894 uçuş həyata keçirərək Avropanın ən çox trafikə malik ölkələri arasında 6-cı yerdə qərarlaşıb. İstanbul Hava Limanı gündə orta hesabla 1520 uçuşla Avropanın ən işlək hava limanı oldu. Türkiyə hava məkanı hər uçuş üçün 0,5 dəqiqədən az gecikmə ilə Avropanın ən səmərəli hava məkanları arasındadır”.

Hesabata daxil edilən 25 qlobal hava limanı arasında 17-23 iyun tarixləri arasında gündəlik ortalama 768 uçuş həyata keçirən İstanbul Hava Limanı dünyada 7-ci yerdədir.

Antalya Hava Limanı eyni siyahıda gündə orta hesabla 992 uçuşla Roma Fiumicino və Münhen Hava Limanlarını qabaqlayaraq 8-ci yerdə qərarlaşıb. Bu məlumatları 2019-cu ilin eyni dövrü ilə müqayisə etsək, İstanbul Hava Limanı orta gündəlik uçuşların sayında yüzdə 21, Antalya Hava Limanında isə yüzdə 12 artım qeydə alınıb. Bundan əlavə, Türkiyə hava məkanı hər uçuş üçün 0,5 dəqiqədən az gecikmə ilə Avropanın ən səmərəli hava məkanlarından birinə çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
hafta.az

2Mənbələr