Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb və 350 şəxs işlə təmin olunub.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov iyunun 28-də Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu obyektlərin cari ildə 80-ə çatdırılması nəzərdə tutulur. Burada ticarət, turizm, yeyinti sənayesi, balıqçılıq, kənd təsərrüfatı və digər sahələr üzrə geniş imkanlar var.