AZ

Demokratlar çaxnaşmada: “Tarixin ən pisi”ni kim əvəzləyir? – VİDEO

Demokratlar Partiyasının bəzi üzvləri keçmiş ABŞ lideri Donald Trampla debat çıxışından sonra öz prezidentləri Co Baydenin başqa namizədlə əvəzlənməsi ehtimalı ilə bağlı çaxnaşmaya düşüblər.

Medianews.az xəbər verir ki, bu u barədə “Politico” öz mənbələrə istinadən məlumat yayıb.

“Demokratlar Baydenin zəif performansından o qədər panikaya düşüblər ki, bəziləri onu əvəz etməyi fəal şəkildə müzakirə edir. Mənbələr debat zamanı onların mətn mesajları ilə bombalandığını söyləyiblər”, – deyə agentlik bildirib.

Adının açıqlanmasını istəməyən bir müşavir, namizədinin Baydenə alternativ kimi çıxış etməsi üçün müraciətlər aldığını vurğulayıb.

Qeyd olunub ki, əsas Demokrat donor və Demokrat namizədin tərəfdarı “Bayden üçün prezidentlik kampaniyasını bitirməyin vaxtıdır”, – deyib. O, həmçinin oturan ABŞ liderinin çıxışını “tarixin ən pisi” kimi qiymətləndirib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
7
medianews.az

6Mənbələr