AZ

Yaponiya zəif radioaktiv suyun buraxılmasının yeni mərhələsinə başlayıb

Yaponiya zədələnmiş “Fukusima-1” atom elektrik stansiyasından zəif radioaktiv suyun buraxılmasının yeddinci mərhələsinə başlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə “Tokyo Electric Power” (TEPCO) məlumat yayıb.

İşlərin iyulun 16-dək başa çatdırılması planlaşdırılır. Mütəxəssislər bu müddət ərzində təqribən 7800 ton potensial təhlükəli suyun axıdılmasını planlaşdırırlar. Ümumilikdə, TEPCO ümumi həcmi 47 min tona çatan altı oxşar maye partiyasını okeana buraxıb. Eyni zamanda, bu müddət ərzində AES ətrafında toplanan dəniz suyunda radiasiya səviyyəsini ötməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
operativmedia.az

2Mənbələr