AZ

Saatlıda narkokuryer saxlanıldı - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zaur Rəcəbov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilən və çəkisi 35 kiloqram olan 53 ədəd çətənə kolu aşkarlanıb. Z.Rəcəbov narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilib. 

Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 25 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
15
avtosfer.az

10Mənbələr