AZ

Yeni Dehli hava limanında damın çökməsi nəticəsində azı bir nəfər ölüb

Şiddətli yağış səbəbindən Yeni Dehlidə İndira Qandi adına hava limanının 1-ci terminalının damının bir hissəsinin uçması nəticəsində azı bir nəfər ölüb, altı nəfər yaralanıb. 

Qaziler.az bildirir ki, bu barədə NDTV yazır.

Aeroport əməkdaşı jurnalistlərə açıqlamasında terminaldan uçuşların müvəqqəti dayandırıldığını bildirib.

"Terminal 1-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb və qeydiyyat məntəqələri təhlükəsizlik tədbiri olaraq bağlanıb", - qəzet onun sözlərini sitat gətirib.

O, aydınlaşdırıb ki, uçuşlar saat 14:00-a  qədər ləğv edilib. T-1 daxili uçuşların həyata keçirildiyi terminaldır. Beynəlxalq uçuşlar davam edir.

QAZİLER.AZ

Seçilən
41
qaziler.az

1Mənbələr