AZ

Bu ölkə Ukraynadakı üç layihəyə maliyyə vəsaiti ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiya Ukraynadakı üç layihə üçün 9 milyon avrodan çox vəsait ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, maliyyə vəsaiti peşə təhsili və təliminə, havanın keyfiyyətinin monitorinqinə və infrastrukturun bərpasına dəstək verəcək.

2024-2026-cı illər üçün peşə təhsili və təliminin dəstəklənməsi üçün 2,2 milyon avro ayrılıb.

Havanın keyfiyyətinin monitorinqinin yaxşılaşdırılması üçün 2024-2028-ci illər üçün 2 milyon avro ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
banco.az

3Mənbələr