AZ

Aİ Ukraynaya 50 mlrd. dollarlıq kreditin ayrılması barədə razılığa gələ bilməyib

Avropa İttifaqının (Aİ) liderləri sammitdə Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin ayrılması mexanizmini razılaşdıra bilməyiblər. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

“Əminəm ki, yaxın həftələrdə Ukraynaya bu yardım paketini təqdim etmək üçün mühüm qərarlar qəbul edəcəyik”, – deyə Mişel söyləyib.

İyun ayında G7 ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmaq barədə qərar qəbul etdiklərini açıqlamışdı. “Böyük yeddilik” Moskvadan Ukrayna ərazisini tərk etməyi və Kiyevə 486 milyard dollar təzminat ödəməsini tələb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
banker.az

10Mənbələr