AZ

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü

İyunun 26-da xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.

İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi məmnunluqla qeyd edilib, müdafiə sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilib. 

Tərəflər, həmçinin postmünaqişə dövründə bölgədə vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
40
xalqqazeti.az

10Mənbələr