AZ

İsrail Ukraynaya 8 ədəd “Patriot” verməyə hazırlaşır

ABŞ, İsrail və Ukrayna Kiyevə 8 ədəd "Patriot" hava hücumundan müdafiə sisteminin tədarükü ilə bağlı danışıqlar aparır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

Bildirilib ki, müqavilə hələ yekunlaşmayıb, lakin çox güman ki, bu, "Patriot" sistemlərinin əvvəlcə İsraildən ABŞ-a, sonra isə Ukraynaya göndərilməsini nəzərdə tutur. Belə ki, İsrail 30 ildir istifadədə olan 8 ədəd "Patriot"u daha müasir sistemlərlə əvəzləmək istəyir.

"Əgər belə bir transfer həyata keçirilərsə, bu, Ukraynanın müdafiə imkanlarında ciddi dəyişiklik olacaq", - məlumatda bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
milli.az

5Mənbələr