AZ

Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmirdə ağır yol qəzası baş verib

Gecə saatlarında Bakı-Qazax avtomobil yolunun 199-cu km-də, Kürdəmirin Xırdapay kəndindən keçən hissəsində yol qəzası baş verib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Gəncə istiqamətində hərəkətdə olan yük avtomobili, eyni istiqamətdə hərəkət edən digər yük avtomobilinə çırpılıb. Nəticədə avtomobildə olan sürücü və sərnişinlər ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
4
ilk.az

5Mənbələr