AZ

Çoxlu yaralanan və ölənlərimiz var-Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə hökumətinin ikinci “Sülh sammiti”nə qədər münaqişənin həlli planını təqdim edəcəyinə ümid edir.

Editor.az bildirir ki, bu barədə o, Avropa Şurasının rəhbəri Çarlz Mişellə mətbuatla birgə görüşdə deyib. Mişel sosial şəbəkəsində hər iki liderin çıxışından ibarət video yayımlayıb.

Zelenski vurğulayıb ki, Ukrayna döyüş meydanında çoxlu sayda yaralı və ölən olduğuna görə münaqişəni mümkün qədər tez bitirməyə çalışır: “Bizim çox vaxtımız yoxdur, çünki döyüş meydanında çoxlu yaralanan və ölənlərimiz var. Ona görə də bu müharibənin illərlə davam etməsini istəmirik və sülh planını ikinci sammitə qədər hazırlamaq istəyirik”.

Ukrayna prezidenti əlavə edib ki, yaxın bir neçə ay ərzində sülh planı hazırlanmalıdır: “Ukraynanın bu məsələ ilə bağlı Rusiya tərəfi ilə hələlik heç bir əlaqəsi olmayıb. Əgər bu, kölgədə, gizli şəkildə baş verirsə, deməli, bu bizə aid deyil. Biz bunu açıq şəkildə etmək istəyirik”, – deyə Ukrayna prezidenti bildirib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
editor.az

2Mənbələr