AZ

Bolqarıstan NATO-nun bu iclaslarını boykot etdi

Bolqarıstan Prezidenti Rumen Radev NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək toplantısında ölkəsinin nümayəndə heyətinə rəhbərlik etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bolqarıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Radev həmişə təhlükəsizliyin təmin edilməsi, müdafiə qabiliyyətinin artırılması, NATO-nun regional planlarının həyata keçirilməsi və müdafiənin artırılması üçün kollektiv yanaşmanın bütün elementlərini dəstəkləyib.

Lakin o, Ukraynadakı mövcud vəziyyətdə ölkəmizin üzərinə götürməli olduğu öhdəliklərlə bağlı hökumətin qəbul etdiyi müəyyən müddəaları qəbul etmir”, - məlumatda deyilir.

O da bildirilib ki, bu səbəbdən Radev hökumətin Bolqarıstan nümayəndə heyətinə rəhbərlik etmək və dövlət və hökumət liderlərinin Vaşinqtonda keçiriləcək görüşündə iştirak etmək təklifini qəbul etmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
qafqazinfo.az

9Mənbələr