AZ

Ukraynaya NATO-ya qoşulmaq üçün dəvət göndərilməyəcək

NATO iyulda Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Culian Smit məlumat verib.

O, "The Washington Post"a onlayn müsahibəsində deyib:

“Ukrayna bu iyulda alyansa qoşulmaq üçün dəvət almayacaq. ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırmağa davam edir. Alyans silahlı münaqişə vəziyyətində olan və sərhədlərini mübahisələndirən ölkələri təşkilata qəbul edə bilməz". /bakivaxti.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
turkustan.az

3Mənbələr