AZ

Ərdoğan: Aİ-yə tamhüquqlu üzv olmaq Türkiyənin strateji hədəfi olaraq qalır

Avropa İttifaqına tamhüquqlu üzv olmaq Türkiyə üçün strateji hədəf olaraq qalır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada estoniyalı həmkarı Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib.

“Mütəmadi olaraq vurğuladığımız kimi, Avropa İttifaqına tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. Aİ-nin də Türkiyəyə eyni mövqedən yanaşması ümumi maraqlarımıza uyğundur. Əminəm ki, Estoniyanın bu kontekstdə Türkiyəyə dəstəyi bundan sonra da artacaq. Mən Karisə də bu gözləntilərimi söylədim”, - Ərdoğan deyib.

“Cebhe.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
28
cebheinfo.az

10Mənbələr