AZ

“Direktor və direktor müavinləri də sertifikatlaşdırma prosesində iştirak edəcək” - Nazir

“Növbəti mərhələdə direktor və direktor müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildrib.

Nazirin sözlərinə görə, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsinə üstünlük veriləcək:

“Çünki öz fənnini bilməyən şəxs məktəbə direktorluq edəndə, düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, tək yüksək nəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcə direktorlar yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcək”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
13
bizim.media

10Mənbələr