AZ

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib –FOTO

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlığın önəmli istiqamətlərindən biri də bu sahədə əhalinin ekoloji maarifləndirilməsidir. İctimaiyyətin bu mötəbər iqlim konfransından gözləntilərinin, eləcə də iqlim dəyişmələrinin təsirləri kimi müxtəlif önəmli mövzularda məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə COP29 Məlumat Mərkəzi yaradılıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 27-də Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında baş tutan Məlumat Mərkəzinin açılışında COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.

Tədbirdə Mərkəzin nümayəndələri tərəfindən rəsmilərə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, fərqli tematik zonalarda təşkil olunan müxtəlif rəqəmsal resurslar, eləcə də iqlim dəyişmələrinin təsirləri və bu təsirlərin yumşaldılmasının əhəmiyyətini göstərən interaktiv installyasiyalar nümayiş etdirilib.

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP259 Sədrliyi tərəfindən təşkil olunan Məlumat Mərkəzi vətəndaşlar arasında dayanıqlı vərdişlərin və nümunəvi davranışların inkişafına xidmət edəcək. Belə ki, Mərkəz konfransın məqsəd və hədəfləri, iqlim dəyişmələri ilə qlobal mübarizədə kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların əlçatanlığını və ekoloji biliklərin artırılmasını təmin edəcək. İnnovativ yanaşması ilə seçilən Mərkəzin məqsədi gündəlik dayanıqlı davranışları və həyat tərzini fəal şəkildə təşviq etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
28
azpost.info

10Mənbələr