AZ

Bakı Dövlət Universiteti “Məzun günü” keçirib

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 27-də Bakı Dövlət Universiteti (BDU) “Məzun günü” keçirib.

AZƏRTAC xəbər verir ki, “Məzun günü”nün açılışında BDU-nun rektoru Elçin Babayev müəllimlərə və valideynlərə təşəkkür edib, tələbələrə uğurlar arzulayıb.

Rektor deyib: “105 ildir ki, Bakı Dövlət Universiteti fəaliyyət göstərir. Azərbaycanın ən qədim universitetinin əziz məzunları, sizin gələcək uğurlarınız eyni zamanda bizim uğurumuzdur. Unutmayın ki, sizin ən böyük uğurlarınızdan biri BDU məzunu olmaqdır”.

Elçin Babayev bildirib ki, rəşadətli Ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin edib. Onların arasında BDU məzunları da var. BDU məzunları müharibədən sonra da işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə qoşulub, Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə kömək ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini İdris İsayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tələbələrə uğurlar arzulayıblar.

Daha sonra universitetin tarixi ilə bağlı videoçarx nümayiş edilib.

Qeyd edək ki, bu il BDU-nun bakalavriat və magistratura pilləsindən 5 mindən çox tələbə məzun adını qazanıb.

Seçilən
29
8
azertag.az

10Mənbələr