AZ

Xankəndi şəhərinin investisiya layihələri iş adamlarına tanıdılıb - FOTO

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda tədbirdə iştirak çərçivəsində Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq olub.

Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.

Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.

---

İş adamları Xankəndi şəhərinin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərlə tanış olublar.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.

Paylaşımda istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
10
avtosfer.az

10Mənbələr