AZ

“Study in North Cyprus” Platformu Azərbaycanda böyük maraqla qarşılanır

Şimali Kipr Türk Respublikası (ŞKTR)universitetlərinə beynəlxalq tələbə qəbulu təmin edən “Study in North Cyprus” Platformu, qısa müddət ərzində Azərbaycandan böyük maraq doğurub.  Manset.az xəbər verir ki, son dövrlər ŞKTR və Azərbaycan arasında yüksələn sosial, mədəni, iqtisadi və ticarət əlaqələri digər sahələrdə də inkişaf edir. Ali Təhsil Adası Olarak KKTC Ali təhsil adası olaraq tanınan KKTC-dəki universitetləri dünya miqyasında tanıdan Study in North Cyprus Platformu, bu missiyasını uğurla davam etdirir. Platformun Qurucusu Dr. Selman Arslanbaş, Azərbaycandakı maraqdan məmnun olduqlarını bildirdi. Arslanbaş’dan tarixi açıqlama Arslanbaş, verdiyi açıqlamada, “Azərbaycan Prezidenti İlham Əliyevin ‘KKTC Türk dünyasının bir parçasıdır. Orada yaşayan Türklər bizim qardaşımızdır’ açıqlaması tarixi bir açıqlamadır. Bu açıqlamanın altını dolduracaq, gələcəyə yön verəcək layihələrə imza atmaq bizə düşür. Bu səbəbdən son zamanlarda Azərbaycan ilə KKTC arasındakı əlaqələri inkişaf etdirmək, ali təhsil və beynəlxalq tələbə hərəkətliliyi çərçivəsində konkret addımlar atmaq üçün ciddi fəaliyyətdəyik” dedi. Azərbaycandan gələn tələb və planlaşdırılan addımlar Son dövrlərdə Azərbaycandan gələn böyük tələb üzərinə Study in North Cyprus Platformu, KKTC-dəki universitetlərin beynəlxalq miqyasda keyfiyyətli təhsillərini Azərbaycandakı tələbələrə tanıtmaq üçün əhatəli bir planlaşdırma müddətinə başladı. Arslanbaş, “Azərbaycandakı qardaşlarımızı Study in North Cyprus (studyinnc.com) platformu vasitəsi ilə Kuzey Kıbrısdakı universitetlərimizin beynəlxalq miqyasda keyfiyyətli təhsilləri ilə tanış etmək üçün səbirsizlənirik.” ifadələrini işlətdi. Xüsusi Təqaüdlər və Ödəniş Asanlıqları Study in North Cyprus Platformu, Azərbaycanlı tələbələrə xüsusi təqaüdlər və ödəniş asanlıqları təqdim edərək onların təhsil yolculuğunu dəstəkləməyi məqsəd qoyur. Bu sayədə Azərbaycanlı tələbələr, KKTC-dəki universitetlərdə keyfiyyətli təhsil alarkən, iqtisadi baxımdan da rahatlayacaqlar. Türk Dünyası Təhsil Sərgisində Təmsil Edildi Bundan əlavə, Study in North Cyprus Platformu, keçən günlərdə CeoFair tərəfindən təşkil edilən Türk Dünyası Təhsil Sərgisində də təmsil edilərək, tələbə namizədləri və agentliklərlə bir araya gəldi. Bu tədbir, platformun Azərbaycandakı varlığını və təsirini daha da gücləndirdi. Kuzey Kıbrıs və Azərbaycan Arasında Güclənən Əlaqələr Kuzey Kıbrıs və Azərbaycan arasındakı əlaqələrin hər keçən gün gücləndiyini bildirən Arslanbaş, iki ölkə arasındakı sosial, mədəni, iqtisadi və ticarət bağlarının ali təhsil sahəsində də bəhrəsini verməyə başladığını söylədi. Arslanbaş, bu çərçivədə Azərbaycandan gələn tələbələrin KKTC-dəki yaxşı universitetlərdə təhsil alaraq, ölkələrarası dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcəyini vurğuladı. Study in North Cyprus Platformu Haqqında Study in North Cyprus Platformu, KKTC universitetlərinin beynəlxalq tanıtımını etmək və dünya miqyasında tələbələrə keyfiyyətli təhsil imkanları təqdim etmək məqsədi ilə qurulmuşdur. Platform, tələbələrə geniş bir yelpazədə proqramlar təqdim edərək, onların akademik və karyera hədəflərinə çatmalarına yardım etməyi hədəfləyir. Gələcəyə Yön Verən Layihələr Dr. Selman Arslanbaş, gələcəyə yön verəcək layihələr üzərində çalışdıqlarını bildirərək, “Azərbaycan və KKTC arasındakı ali təhsil əməkdaşlığı, iki ölkə arasındakı dostluğu və qardaşlığı möhkəmləndirəcək önəmli bir addımdır. Bu doğrultuda, tələbə hərəkətliliyi və təhsil sahəsindəki əməkdaşlıqları artıraraq, gələcəyə daha sağlam addımlarla irəliləməyi hədəfləyirik.” dedi. Daha Ətraflı Məlumat üçün

Study in North Cyprus Platformu (studyinnc.com) və KKTC Universitetləri haqqında daha ətraflı məlumat üçün Study in North Cyprus Azərbaycan Nümayəndəsi Zərifə Əlixanovadan (+994775912323) məlumat alınabilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
manset.az

3Mənbələr