AZ

Rəsmi İrəvandan - KTMT-yə rəsmi cavab

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyini təşkilatın “2024-cü il büdcəsi haqqında” qərarını imzalamaqdan və qərarda nəzərdə tutulmuş fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumatlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Qeyd olunub ki, nəticədə Ermənistan qərarda nəzərdə tutulmuş maliyyələşmə ilə bağlı heç bir öhdəlik götürməyib.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrov məsələ ilə bağlı İrəvandan rəsmi addım gəlmədiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
8
qafqazinfo.az

10Mənbələr