AZ

Kadi Borges Avstriyada “Qarabağ”a qoşulacaq

Bugünlərdə Kadi Borgesin “Qarabağ”a qayıtmaq ərəfəsində olduğu ilə bağlı xəbər vermişdik.

Hazırda Rusiyanın “Krasnodar” klubuna məxsus olan braziliyalı futbolçu tezliklə Ağdam təmsilçisinin sıralarına qatılacaq.

Belə ki, 28 yaşlı “sambaçı” “Qarabağ”ın Avstriyada keçəcəyi təlim-məşq toplanışı zamanı “köhlən atlar”ın düşərgəsinə qoşulacaq.

Bildirək ki, Kadinin Rusiya klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2021/22 mövsümündə “Qarabağ”ın formasını geyinib. (Pressing.az)

Seçilən
56
1
idmanxeber.az

2Mənbələr