AZ

YAP Xəzər rayon təşkilatının 121 saylı tam orta məktəbdə ərazi partiya təşkilatının konfransı keçirilib -Fotolar



aia.az xəbər verir ki, 27.06.2024 – cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Xaqani küçəsi 15 ünvanında yerləşən 121 saylı tam orta məktəbdə ərazi partiya təşkilatının konfransı keçirilib.

Konfransında məsləhətçisi çıxış edən müəssisənin direktoru müavini Ceyhun Əsgərov, YAP Xəzər rayon təşkilatının Siyasət Həsənov, Kamran Mustafayev bildirmişlər ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ələkbərova Bahar ərazi partiya təşkilatının sədri, Həsənova Kəklik isə sədr müavini seçiliblər.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
aia.az

3Mənbələr