AZ

SOCAR “Abşeron” yatağındakı payını ADNOC-a satışından gəlirlərini açıqlayıb

2023-cü ilin avqust ayında Qrup (törəmə müəssisəsi SOCAR Abşeron vasitəsilə) üçüncü tərəf “ADNOC International ProjectCo 1 RSC” (“ADNOC”) Limited ilə “Abşeron” hasilatın pay bölgüsü sazişində (“bundan sonra Abşeron HPBS”) 15 faiz iştirak payının 381 AZN (224 milyon ABŞ dolları) müqabilində satışı barədə müqavilə imzalayıb

FED.az xəbər verir ki, bu barədə SOCARI-ın illik hesabatında bildirilir.

Müqavilənin bütün şərtləri hesabat dövründən sonrakı dövrdə tam icra edilib.

31 dekabr 2023-cü il tarixinə Abşeron HPBS ilə bağlı müvafiq olaraq 439 AZN və 50 AZN məbləğində aktiv və öhdəliklər (389 AZN məbləğində xalis aktivlər) müvafiq olaraq “Satış üçün saxlanılan aktivlər” və “Birbaşa satış üçün saxlanılan aktivlərlə əlaqəli olan öhdəliklər” kateqoriyalarında təqdim edilib. “Satış üçün saxlanılan aktivlər”in və “Birbaşa satış üçün saxlanılan aktivlərlə əlaqəli olan öhdəliklər”in əsas sinfi müvafiq olaraq əmlak, tikili və avadanlıqlar və aktivin ləğv edilməsi öhdəliyi qalıqlarından ibarətdir. Satış üçün saxlanılan xalis aktivlərin balans dəyəri satış xərcləri çıxılmaqla ədalətli dəyərindən yüksək olduğuna görə, 2023-cü il ərzində digər əməliyyat xərclərində 192 AZN (113 milyon ABŞ dolları) məbləğində ədalətli dəyərə silinmə tanınıb. İştirak payının satışı 2024-cü ilin fevral ayında yekunlaşıb (Qeyd 40).

Seçilən
67
1
fed.az

2Mənbələr