AZ

ACCA imtahanları artıq UNEC-də

ACCA

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) “Computer-Based Exams” (CBE) Mərkəzinin açılmasına dair razılıq əldə olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, yeni tədris ilindən ACCA imtahanları universitetdə təşkil ediləcək.

UNEC Biznes Məktəbinin MBA Proqramı Avrasiya və Orta Şərqdə (Eurasia & Middle East) ilk proqramdır ki, AB, MA, FA, LW, PM, TX, FR, AA, FM (F1-F9) fənləri ACCA-da akkreditasiyadan keçib. UNEC-in MBA proqramında mühasibat uçotu ixtisası üzrə təhsil alan magistrantlar ACCA akkreditasiyasının fundamental hissəsinin F1-F9, digər magistrantlar isə F1-F4 fənlərindən azad olunurlar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
10
azertag.az

10Mənbələr