AZ

Fransa BMT hesabatında tənqid edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) Venesuelada bu ilin 14-16 may tarixlərində təşkil etdiyi regional tədbirin yekun hesabatı Komitənin iyunun 21-də Nyu-Yorkda keçirilən iclasında qəbul edilib.

Publika.az xəbər verir ki, hesabatda Azərbaycanla bağlı bəzi məqamlar öz əksini tapıb.

İştirak edən üzvlər Azərbaycan hökumətinin 2025-ci ildə öz ölkəsində Xüsusi Komitənin regional seminarının keçirilməsi təklifini nəzərə alıblar. Xüsusi Komitənin iştirak edən üzvləri yekun şərhlərində Xüsusi Komitənin üzvü olmayan BMT-yə üzv olan digər dövlətlərin komitənin işində fəal iştirakının vacibliyini qəbul ediblər və bununla əlaqədar Azərbaycanın seminarda iştirakını alqışlayıblar.

Hesabatda Fransız Polineziyası və Yeni Kaledoniya ilə bağlı Xüsusi Komitənin iştirak edən üzvləri BMT Nizamnaməsinin 73-cü maddəsinin “e” müddəasına uyğun olaraq Fransanın ərazi haqqında məlumat verməməsi ilə bağlı Komitənin narahatlığını bölüşərək, ərazidəki vəziyyət barədə əhəmiyyətli və etibarlı məlumatların alınmasının vacibliyini vurğulayıblar. Ahəngdar sosial-iqtisadi inkişafın təmin edilməsi, təbii sərvətlərə sahiblik, nüvə sınaqlarının nəticələrinə dair yenilənmiş dialoq zəruriliyi haqqında bəyanatı qeyd edilib.

Assambleya (Fransız Polineziyası) sədrinin Assambleya çərçivəsində Dekolonizasiya üzrə xüsusi Komitənin yaradılması, yerli ictimaiyyətin dekolonizasiya ilə bağlı məlumatlılığını artırmaq üçün siyasi maarifləndirmə proqramının həyata keçirilməsinə başlanması barədə bəyanatını, habelə onun 2024-cü ildə səyyar missiyanın göndərilməsinə dair çağırışını nəzərə alıblar. Ekspertin mövzu ilə əlaqədar Fransa siyasətinin ziddiyyətli xarakter daşıdığı və Xüsusi Komitə tərəfindən əraziyə səfərin təşkil edilməsinin təcili olması ilə bağlı bəyanatı nəzərə alınıb.

Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) nümayəndəsinin ərazidəki gərgin siyasi vəziyyətin, Fransanın birtərəfli qaydada seçici siyahılarını açmasının nəticəsi olduğunu, bununla da, kanak xalqının diqqətdən kənarda qaldığını hiss etməsinə və son bir neçə ildə əldə edilən müsbət irəliləyişin üstündən xətt çəkməsinə dair açıqlamasına, beynəlxalq vasitəçilik missiyasının təcili göndərilməsi xahişinə diqqət yetirilib.

Yeni Kaledoniyanın özünü idarə etməyən ərazi siyahısında olmasının qorunduğu və bu siyahıda saxlanılacağı barədə açıqlama qeyd edilib. Adıçəkilən bölgədə cari vəziyyətlə bağlı dərin narahatlıq ifadə edilib.

Qeyd edək ki, iyunun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
publika.az

7Mənbələr