AZ

Birinci Qarabağ müharibəsinin şəhidi Göygöldə dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Zeynalov Ucar Fidail oğlunun qalıqları bu gün ailəsinə təhvil verilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhid 19.07.1992-cü ildə Bakı şəhərində I Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunub.

Şəhid  Zeynalov Ucar Fidail oğlu 07 mart 1973-cü ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. 1980-ci ildə Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib Göygöl Peşə Məktəbinə daxil olub. 1992-ci ildə Peşə Pəktəbini bitirib. 1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Zeynalov Ucar Fidail oğlu I Qarabağ müharibəsində 19 iyul 1992-ci il tarixdə Ağdərə rayonunun Umudlu kəndində gedən döyüşlərdə həlak olub.

Şəhid doğulub, boya-başa çatdığı Pənahlılar kənd qəbirstanlığında  torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin doğmaları, şəhid ailələri, Göygöl rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.









Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
bizim.media

10Mənbələr