AZ

Yaponiyada itən 3 alpinistin cəsədi tapılıb

Fuci dağına qalxan yollarda aparılan axtarışlar nəticəsində dağın Şizuokaya baxan kraterinin yaxınlığında 3 alpinistin cəsədi tapılıb.

525.az xəbər verir ki, Şizuoka prefekturasının polisi alpinistlərin itkin düşməsi xəbərini alandan sonra axtarış əməliyyatına başlayıb. Belə ki, axtarışlar nəticəsində dağın Şizuokaya baxan kraterinin yaxınlığında 3 alpinistin cəsədi tapılıb.

Qeyd edək ki, ilin çox hissəsi qarla örtülü olan Fuci dağını ziyarət edən 200 mindən çox insan iyul-sentyabr mövsümündə məşhur gəzinti yollarından istifadə edir.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Seçilən
110
1
525.az

4Mənbələr