AZ

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq

Bolqarıstanın Nazirlər Şurası Qara dənizin dibi ilə keçəcək Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin (“Black Sea Energy”) yaradılması layihəsinin həyata keçirilməsi üçün ölkənin birgə müəssisədə iştirakını təsdiqləyib.

Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Nazirlər Şurası Bolqarıstanın Bakıdan Mərkəzi Avropaya “yaşıl enerji”nin tədarükünün nəzərdə tutulduğu "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib”, - diplomat yazıb.

O qeyd edib ki, 20 % payla Bolqarıstan inkişaf etmiş elektrik ötürücü sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqəsi, inkişaf etmiş enerji bazarı, bərpa olunan mənbələrə investisiya imkanları və “yaşıl enerji”yə artan tələbat sayəsində bu layihədə mühüm rol oynaya bilər.

Onun sözlərinə görə, Qara dəniz enerji dəhlizi təşəbbüsü Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin Qara dəniz kabeli vasitəsilə ötürülməsi üzrə strateji tərəfdaşlığa əsaslanır:

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
5
banco.az

7Mənbələr